Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan cümə axşamı jurnalistlərə məsələ ilə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ və Aİ İrəvandan maliyyə yardımı müqabilində Aİİ və KTMT -dən çıxmağı tələb etmir.
Kostanyan “Rəsmi olaraq, belə bir tələb qarşımıza qoyulmayıb” desə də, dolayı yolla əslində təklifin olduğunu etiraf etməkdən boyun qaçırıb.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.
Elnur Məmmədov
AzVision.az