Rusiyanın zərbələri nəticəsində Xarkov işıqsız qaldı

 Rusiyanın zərbələri nəticəsində  Xarkov işıqsız qaldı
  04 Aprel 2024    Oxunub:1014
Ukraynanın Xarkov şəhərində Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 4 nəfər həyatını itirib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə 350 min sakinin elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Məlumata görə, 12 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Rusiya sərhədindən təqribən 30 km məsafədə yerləşən Ukraynanın ikinci ən böyük şəhəri Xarkov iki illik müharibə ərzində güclü bombardmanlara məruz qalıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti