Bayden və Netanyahu Qəzzaya görə postlarını itirəcək?

Bayden və Netanyahu Qəzzaya görə postlarını itirəcək?
  04 Aprel 2024    Oxunub:642
ABŞ prezidenti Cozef Bayden prezident seçkiləri öncəsi Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin qarşısını almalıdır. İsrailin baş naziri Benyamin Netanyahu isə əksinə, öz postunu qoruyub saxlamağa çalışdığı üçün Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Nəticədə, hər iki lider Qəzza böhranı fonunda vəzifələrini itirə bilər.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir.

“Bayden, noyabr seçkiləri ərəfəsində zəifləmiş siyasi koalisiyasını təhdid edən mütərəqqi qüvvələrin qəzəbini azaltmaq üçün müharibəyə son qoymalıdır. Lakin Netanyahu müharibənin müddətini uzada bilər”, - məqalədə yazılıb.

Qeyd olunur ki, böhran “son nəticədə onların hər ikisini öz postlarını tərk etməyə məcbur edə bilər”.

CNN-nin məlumatına görə, Vaşinqtonun İsrail liderinin hərbi hücumlarla bağlı hərəkətləri və bunun mülki əhali üçün mənfi nəticələrindən məyus olmasına baxmayaraq, ABŞ-ın Təl-Əvivə sarsılmaz dəstəyinin əsasları dəyişməyib.
AzVision.az



Teqlər: Qəzza  





Xəbər lenti