"Bloomberg"dən Ukraynalı əsgərlərlə bağlı qalmaqallı iddia

"Bloomberg"dən Ukraynalı əsgərlərlə bağlı qalmaqallı iddia
  04 Aprel 2024    Oxunub:959
Ukraynalılar Silahlı Qüvvələrin əsgərlərinin qumar oyunlarına aludə olmasından narahatdırlar. Çünki bu, hərbçilərin döyüş ruhunu sarsıdır.
Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir.

Nəşr yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda əsgəri üçün qumar stresslə mübarizədə əsas vasitəyə çevrilib. Qeyd olunur ki, hərbi qulluqçularda disiplini pozan dofamin problemi yaranır. Qumar asılılığı təhlükəsizlik baxımından da qəbuledilməzdir. Bir çox Ukrayna əsgəri yaranan borclarını ödəmək üçün kredit götürür. Eyni zamanda, onlardan bəziləri hərbi avadanlıq və texnikaları belə lombarda qoya bilirlər.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti