Türkiyə XİN Ermənistana mina xəritələri ilə bağlı çağırış etdi

   Türkiyə XİN Ermənistana mina xəritələri ilə bağlı çağırış etdi
  04 Aprel 2024    Oxunub:621
İşğaldan azad etdiyi torpaqlarında aşkar edilməmiş çox sayda mina olan Azərbaycanın təhlükəsizlik qayğılarını bölüşürük. Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana verməyə çağırırıq.
Bu fikirlər Türkiyənin Xarici İşlər Nazirliyinin 4 Aprel- Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı açıqlamasında yer alıb. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” kimi elan etdiyi xatırlanan açıqlamada bildirilib ki, Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına qarşı mübarizəyə konkret töhfələr verən ölkədir.

Türkiyə XİN Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə piyada əleyhinə minaların istifadəsi, tədarükü, istehsalı və köçürülməsinin qadağan edilməsi, eləcə də zərərsizləşdirilməsi ilə bağlı Ottava Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəklədiyini bildirib.

“Minalarla çirklənməyə görə uzun müddətdir ciddi təhlükə ilə üzləşən Əfqanıstan kimi ölkələr, eləcə də işğaldan azad etdiyi torpaqlarında aşkar edilməmiş çox sayda mina olan Azərbaycanın təhlükəsizlik qayğılarını bölüşürük. Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana verməyə çağırırıq.

Mina riskləri ilə mübarizə aparan ölkələrə yerində və beynəlxalq səviyyədə güclü dəstəyimizi davam etdirəcəyik”, - deyə açıqlamada vurğulanıb.


AzVision.az




Teqlər:





Xəbər lenti