Mançini İtaliyaya rəhbərlik edəcək

  30 İyun 2014    Oxunub : 427
Mançini İtaliyaya rəhbərlik edəcək
Türkiyənin “Qalatasaray” klubunun sabiq baş məşqçisi Roberto Mançini İtaliya millisinə rəhbərlik etmək barədə ilkin razılığını verib.
Bu barədə AzVision.az İtaliya KİV-nə istinadən xəbər verir.

İtaliya millisinə rəhbərlik etmək üçün 49 yaşlı Mançini hətta əmək haqqının azaldılmasına belə razılıq verib.

Qeyd edək ki, Braziliyada keçirilən Dünya Çempionatında millinin uğursuz çıxışından sonra İtaliyanın baş məşqçisi Çezare Prandelli istefa verib.

Eldar Tanrıverdiyev

Teqlər: