"Hraparak" nəşrində dərc olunan məqalədə qeyd edilir ki, revanşistlər indiki hökumətdən Xankəndinin yenidən erməniləşdirilməsi istəkləri ilə bağlı müsbət siqnallar ala bilmirlər. “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi”nin (“Artsax" məsələləri üzrə komitə də adlandırılır-red.) koordinatoru, keçmiş xarici işlər naziri Vardan Oskanyan və komitənin bəzi üzvləri ilin əvvəlində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər. Onlar ümid edirlərmiş ki, hökumət nümayəndələri, aidiyyəti qurumlar öz davranışları ilə açıq şəkildə olmasa da, bəzi məsələlərdə məlum qapanmış problemə qapalı dəstək göstərəcəklər.
“Qarabağ məsələsi Ermənistan dövlətçiliyinin inkişafına qarşı istifadə edilib” - Baş nazir |
Müəllif yazıb ki, əvvəllər ermənilər üçün mühüm, bir nömrəli məsələ sayılmış Qarabağ probleminə indi adi yanaşılır. Çünki Qriqoryanla komitə üzvlərinin görüşü cəmi 20-30 dəqiqə çəkib. Komitə öz təkliflərini təqdim edib. Onlar hazırda qapanmış Qarabağ məsələsində böyük nəticələrin əldə edilməyəcəyi təqdirdə, heç olmasa, problemi daim gündəmdə saxlanılacağına ümid ediblər: "Lakin Armen Qriqoryan komitə üzvlərini sona qədər dinləmək belə istəməyib və açıq şəkildə bildirib ki, "Artsax" məsələsi bağlanıb! Hökumət bu istiqamətdə edə biləcəyi hansısa tədbir və s. görmür”.
Qeyd edək ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ABŞ və Avropa ölkələrində yüksək vəzifəli rəsmilərlə intensiv görüşlərinə dair xəbərlər yayılıb. Oskanyan revanşist qüvvələri bir araya toplamağa çalışır.
AzVision.az