İtaliya XİN rəhbəri Fələstin Baş naziri ilə telefonla danışıb

   İtaliya XİN rəhbəri Fələstin Baş naziri ilə telefonla danışıb
  03 Aprel 2024    Oxunub:1114
İtaliya Baş nazirinin müavini, həmçinin xarici işlər naziri Antonio Tayani və Fələstin Baş naziri Məhəmməd Mustafa arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Tayani "X" hesabında bildirib.

"Qəzza zolağındakı münaqişənin iki dövlətli həll yolu ilə bağlı İtaliya hökumətinin dəstəyini qarşı tərəfin diqqətinə çatdırdım. Hökumətimiz Qəzzada əsirlərin azadlığa buraxılması, dinc sakinlərə humanitar yardım təminatı üçün atəşkəslə bağlı razılığa tərəfdardır", - o deyib.

XİN rəhbəri həmçinin Fələstin Baş nazirini üz-üzə müzakirələr həyata keçirmək üçün Romaya dəvət edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   Fələstin   telefon-danışığı  





Xəbər lenti