NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin iclası keçirilir

   NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin iclası keçirilir
  03 Aprel 2024    Oxunub:959
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri iyulda keçiriləcək sammitə hazırlıq, Ukraynaya yardım məsələsinin müzakirəsi və alyansın 75 illiyi münasibətilə Brüsseldə görüşüblər.
AzVision.az xəbər verir ki, baş katib Yens Stoltenberq alyasın Brüsseldəki mənzil-qərargahında keçirilən cari ilin ilk XİN rəhbərləri iclasında açılış nitqi söyləyib.

"İyulda baş tutası sammit müdafiə şərtlərini gücləndirmə və ədalətli yük bölgüsünü təminatı istiqamətində işimizə töhfə verəcək. Beləliklə, Ukraynaya dəstəyimiz artacaq və Avropa İttifaqı (Aİ) ilə yanaşı Asiya-Sakit Okean regionundakı tərəfdaşlarımızla əməkdaşlığımızı irəliyə aparacaq", - baş katib söyləyib.

Eyni zamanda, vurğulayıb ki, bu həmçinin İsveçin alyansa üzv kimi qoşulduğu ilk iclasdır.

İki günlük iclas mətbuata qapalı keçiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: NATO   XİN-rəhbərləri   iclas  





Xəbər lenti