Rusiya XİN: Ermənistan hakimiyyəti öz xalqına xəyanət edir

      Rusiya XİN:    Ermənistan hakimiyyəti öz xalqına xəyanət edir
  03 Aprel 2024    Oxunub:913
Ermənistan rəhbərliyi Qərbin məqsədləri naminə Rusiya ilə əlaqələri kəsməklə öz xalqına xəyanət edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Mövcud Ermənistan hakimiyyəti Avropa İttifaqı və ABŞ-ın İrəvanı şirnikləndirdiyi müvəqqəti bonuslar naminə Rusiya və digər ən yaxın müttəfiqləri və tərəfdaşları ilə bütün əlaqələri qurban verməyə çalışır. Amma sual ondan ibarətdir ki, onlar bizə və ya tərəfdaşlarına, müttəfiqlərinə yox, öz xalqlarına xəyanət edirlər”, - diplomat bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti