Fransa, Almaniya və Polşadan Avropaya çağırış: "Hərbi potensialı gücləndirin!"
Məqalə əslində NATO-nun 75-ci ildönümünə həsr olunub. Qeyd olunub ki, “Birləşmiş Ştatlar çoxdandır ki, əsas yükü alyansın digər üzvlərindən daha çox öz üzərinə götürüb”. Bununla belə, nazirlər “kollektiv müdafiə bizim ümumi, kollektiv səyimizdir” yazıblar: "Bu baxımdan, biz qlobal və transatlantik təhlükəsizliyə töhfə verən daha güclü və döyüşə hazır Avropa müdafiəsinin vacibliyini bir daha təsdiqləyirik".
Nazirlər ümumi təhlükəsizliyin təmin edilməsində Avropanın məsuliyyətini artırmalı olan üç tədbirin görülməsini təklif ediblər. Birincisi, NATO-nun tələblərinə uyğun olaraq daimi əsasda ÜDM-in 2%-nin müdafiəyə xərclənməsidir. İkincisi, hərbi potensialı modernləşdirmək və hasilatı artırmaq üçün qitənin bütün sənaye potensialından istifadə etməkdir. Üçüncü tədbir isə texnoloji üstünlüyü saxlamaq üçün gələcək texnologiyalara sərmayə qoymaq zərurətidir.
Bundan başqa, hər üç nazir bir daha bəyan edib ki, nə qədər lazım gəlsə, o qədər müddətdə də Ukraynanı dəstəkləyəcəklər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Avropa