Hindistanın XİN rəhbərindən ilk baş nazirə ağır ittihamlar

   Hindistanın XİN rəhbərindən ilk baş nazirə ağır ittihamlar
  03 Aprel 2024    Oxunub:1042
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ölkənin ilk baş naziri Cavaharlal Nehrunu Çinlə ərazi problemi yaratmaqda, habelə BMT Təhlükəsizlik Şurasına daimi üzv olmaqdan imtina etməkdə ittiham edib.
Cayşankarın sözlərinə görə, hələ 1950-ci ildə Hindistanın daxili işlər naziri Sərdar Patel Nehruya Çinlə münasibətlərdə ehtiyat tədbirlərinin görülməsinin vacibliyi barədə xəbərdarlıq etmişdi.

"Nehrunun mövqeyi tamamilə fərqli idi. O, Patelə çinlilərdən çox şübhələndiyini söyləyib və həmçinin deyib ki, Himalay dağları vasitəsilə heç kim Hindistana hücum edə bilməz".

Üstəlik, Cayşankarın sözlərinə görə, Nehrunun dövründə Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub-olmaması məsələsi müzakirə olunub. Lakin onun mövqeyi Nyu-Dehlini geri salıb.

O qeyd edib ki, Hindistanın ilk baş naziri öz ölkəsi haqqında deyil, "ilk növbədə Çin haqqında danışıb".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti