Koçaryan çirkli pulları ABŞ-a daşıyıb - Yeni malikanələr aşkarlandı |
Qeyd edilir ki, Koçaryan hətta özünün “Ermənistan” bloku ilə də maraqlanmır, həftələrlə, hətta aylarla burada görüşlər keçirmir: "Əldə etdiyimiz məlumatlara görə, Ermənistan Respublikasının keçmiş prezidenti uzun müddətdir ki, Avropada məskunlaşıb. Çox güman ki, o, Almaniyadadır. Koçaryan martın 8-də məhz Berlindən qadınlara təbrik ünvanladı. O həmçinin Valdimir Putinə seçkilərdə qalib gəlməsi münasibəti ilə ünvanladığı təbrik məktubunu da Almaniyadan göndərdi. Bizdə olan məlumata görə, o, ölkədən yanvarın sonunda gedib”.
Xatırladaq ki, Koçaryan ötən ilin yanvar ayında ixtiyarında olan media orqanlarının pulunu kəsməsi ilə gündəmə gəlmişdi. "Hraparak" Koçaryanın siyasi meydandan çəkildiyini yazmışdı.
Tural Tağıyev
AzVision.az