Kosta-Rika 1/4 finalda - FOTOLAR-VİDEO

  30 İyun 2014    Oxunub : 714
Kosta-Rika 1/4 finalda - FOTOLAR-VİDEO
Braziliyadakı dünya çempionatında 1/8 final mərhələsində növbəti oyun keçirilib. Mundialın pley-off mərhələsi çərçivəsində Kosta-Rika və Yunanıstan milli komandaları qarşılaşıblar.
Avstraliyalı baş hakim Benjamin Villiams idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqlənib. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşib – 1:1

Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib.

Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaq. Matş iyulun 5-də keçiriləcək.

Foto


Teqlər: