Lukaşenkonun mühafizəçisi talliumla öldürülüb?

Lukaşenkonun mühafizəçisi talliumla öldürülüb?
  01 Aprel 2024    Oxunub:967
Yanvarda Sankt-Peterburqa səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik işçisi ölüb.
Bu barədə UNİAN nəşri məlumat yayıb. Telegram kanallarına istinad edən nəşr yazır ki, bu məlumatı artıq Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. Lukaşenko hələ Sankt-Peterburqa səfər edərkən onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir: "Belarus hökumətindən bu məsələ ilə bağlı rəsmi açıqlama olmayıb. Hələlik Lukaşenkonun özü də yayılan xəbərə reaksiyası verməyib".
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti