Belarusda elektromobillərin istehsal tarixi məlum olub

Belarusda elektromobillərin  istehsal tarixi məlum olub
  01 Aprel 2024    Oxunub:1955
Belarus 2024-cü ilin avqustunda öz elektrik avtomobillərinin istehsalına başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Belarus baş nazirinin müavini Pyotr Parxomçik deyib.

“Belarusun beş elektromobilinin sınaq seriyasının istehsalı üzrə kompleks proqram təsdiq edilib. Avqust-sentyabr aylarında bu beş sərnişin elektrik avtomobilinin istehsalını başa çatdırmağı planlaşdırırıq“,- deyə o bildirib.

Məlumata görə, elektrik avtomobilləri üçün ilk Belarus akkumulyatoru da sınaqdan keçiriləcək.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti