Netanyahu əməliyyat olunacaq

   Netanyahu əməliyyat olunacaq
  31 Mart 2024    Oxunub:4125
İsrailin baş naziri Binyamin Netanyahuya adi müayinə zamanı yırtıq diaqnozu qoyulub.
Bu barədə İsrail hökuməti məlumat yayıb. Həkimlərin tövsiyəsi ilə baş nazirin əməliyyat edilməsinə qərar verilib.

Əməliyyat bu gün Netanyahunun iş günündən sonra anesteziya altında keçiriləcək. Onun olmadığı müddətdə baş nazirin səlahiyyətlərini baş nazirin müavini və ədliyyə naziri Yariv Levin icra edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti