Türkiyədə seçkidə ölən və yaralananlar var

  Türkiyədə seçkidə  ölən və yaralananlar var
  31 Mart 2024    Oxunub:1973
Türkiyədə bələdiyyə seçkiləri zamanı baş verən qarşıdurma nəticəsində 2 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Bu barədə Türkiyə mətbuatı yazır. Anadolu Agentliyinin məlumatına görə, insidentlərdən biri ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində baş verib. Qəsəbələrdən birində məhəllə muxtarının seçilməsi ilə bağlı mübahisə davaya çevrilib, daha sonra daş, dəyənək və hətta odlu silahdan istifadə olunub.

“Sabah”ın məlumatına görə, ölkənin qərbində yerləşən Bursa vilayətində növbəti qanlı qarşıdurma baş verib. 32 yaşlı Yusuf Yiğit kənd sədrliyinə iddialı olan iki qohumundan birinin əvəzinə alternativ namizədi dəstəkləyib. Bu onun əmisi oğullarının xoşuna gəlməyib və qohumunu güllələyiblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti