Ermənistan bankları “Mir” kartlarına xidməti dayandırdı

   Ermənistan bankları “Mir” kartlarına xidməti dayandırdı
  30 Mart 2024    Oxunub:3811
Bu gündən Ermənistanda "Armenian Card" (ArCa) ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə sistemin çağrı mərkəzindən TASS agentliyinə məlumat veriblər.

"Bu gündən sistemimizlə çalışan banklar "Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Zərurət olarsa, kartınızı qəbul etməyi dayandırmış konkret banklara müraciət edə bilərsiniz", - "ArCa" çağrı mərkəzindən deyiblər.

Xatırladaq ki, bu yaxınlarda Rusiya KİV Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın "Mir" ödəniş sisteminin kartlarını qəbulunu dayandıracağı barədə məlumat yaymışdı.

Qeyd olunmuşdu ki, "VTB Ermənistan" bankı istisna təşkil edəcək. Belə ki, bu bank "Mir" kartlarına tam həcmdə xidmət göstərməyə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti