Tacikistan Moskva terrorundan sonra əmək miqrantları ilə işi gücləndirib

Tacikistan Moskva terrorundan sonra əmək miqrantları ilə işi gücləndirib
  30 Mart 2024    Oxunub:1575
Tacikistanın hakimiyyət orqanları işçi miqrantların ekstremist icmalara cəlb olunmasının qarşısını almaq üçün onlara maarifləndirmə işlərini gücləndirib.
Bu barədə “TASS”a Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nodiri bildirib. Nazir bildirib ki, bununla bağlı Rusiya tərəfinə müvafiq məktub göndərilib. Nodiri əlavə edib ki, Tacikistanda bütün regionlarda təmsil olunan miqrasiya xidmətinin strukturları vasitəsilə iş gücləndirilib.

Bundan əvvəl məlum olub ki, “Crocus City Hall”da baş verən terror aktından sonra Tacikistan vətəndaşları Rusiyaya aviabiletləri qaytarmağa başlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti