İsrail bufer zona yaradır

  İsrail bufer zona yaradır
  30 Mart 2024    Oxunub:1761
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə anklav ərazisinin təxminən 16%-ni tuta biləcək təhlükəsizlik bufer zonası yaradır.
Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, sərhəd boyu bufer zolağının eni təxminən 1 km olacaq. Qəzetin istinad etdiyi peyk görüntülərinin təhlilində qeyd edilib ki, bu zonada bütün tikililər dağıdılacaq.

Belə ki, İsrail Qəzza sektorunu iki hissəyə - şimal və cənuba bölməyi planlaşdırır. Bu məqsədlər üçün İsrail qüvvələri daha bir xüsusi bufer zolağı - sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən Netzarim dəhlizi adlanan zolaq yaradır.

Bu zaman sərhəd boyu bufer zonasının yaradılması nəzərə alınmaqla Qəzza zolağının eni cəmi 5,5 km olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti