Hollandiya qalib gəldi -YENİLƏNİB

Hollandiya qalib gəldi -YENİLƏNİB
  30 İyun 2014    Oxunub:1175
90+2-ci dəqiqədə oyunun hakimi Meksikanın qapısına penalti təyin edib. 90+4-cü dəqiqədə Huntelar penaltini qola çevirib: 2-1.

***

Oyun bu hesabla başa çatıb. Hollandiya 1/4 finala vəsiqə qazanıb.

***
Dünya Çempionatının 1/8 mərhələsində oynanılan Hollandiya – Meksika oyununda ikinci hissədə ilk qol vurulub. Oyunun 48-ci dəqiqəsində Meksikanın oyunçusu Djovanni Dos Santos fərqlənib. Nəticədə Meksika hesabda 1-0 öndədir.

***

Braziliyada təşkil olunan dünya çempionatında daha bir komanda 1/4 finala yüksəlib.
AzVision.az apasport.az saytına istinadən xəbər verir ki, Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb.

Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb. Xames Rodriqes uzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Xames həm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir.

Hətta meydan sahiblərinə də uduzmayan sonuncular avropalıları dayandırma iddiasında olacaq. Bu cütün qalibi Kosra-Rika – Yunanıstan matçında sevinən tərəflə görüşəcək.

1/8 final
29 iyun
Kolumbiya – Uruqvay - 2:0
Qollar: Xames Rodriqes, 28; 50
Baş hakim: Byorn Kuypers
Rio-de-Janeyro. “Marakana” stadionu
Kolumbiya: 1. Ospina, 2. Zapata, 3. Yepes, 7. Armeno, 6. Sançes, 8. Aqillar, 11. Kuadrado, 18. Zuniqa, 9. Qutyerez, 10. Ceyms Rodriqez, 21. Martinez
Uruqvay: 1. F.Muslera, 3. Dieqo Qodin, 6. Alvaro Pereyra, 13. Ximenes, 16. Maksi Pereyra, 22. Martin Kaseres, 7. Kristian Rodriqez, 17. Arevalo, 20. Qonzales, 10. Dieqo Forlan, 21. Edinson Kavani

21:00. Hollandiya – Meksika
Fortaleza. “Kastelao” stadionu
Hollandiya: Ciliessen, Vlaar, De Vrij, Blind, De Yonq, Van Persi, Sneyder, Robben, Verhaegh, Kuyt, Vijnaldum
Meksika: Ocoa, Rodriqes, Salcido, Markes, Herrera, Layun, Dos Santos, Moreno, Quadrado, Peralta, Aqular


Teqlər:  





Xəbər lenti