Zelenskinin gəliri üç dəfə artıb

   Zelenskinin gəliri üç dəfə artıb
  30 Mart 2024    Oxunub:1181
Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü il üçün əmlak, gəlir və xərclər haqqında bəyannamə dərc edib.
Belə ki, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib. Bu vəsaitin 7 milyon 455 min 972 qrivnası (190 min ABŞ dollarından çox) daxili dövlət borc istiqrazlarının satışından əldə edilib.

Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Ümumilikdə bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.

2021-ci ildə Zelenski ailəsinin ümumi gəlirini 10,824 milyon qrivna (demək olar ki, 276 min ABŞ dolları), 2022-ci ildə isə Ukrayna liderinin və ailəsinin gəliri təxminən üç dəfə azalaraq 3,692 milyon qrivna (94 min ABŞ dollarından çox) təşkil etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti