Ermənistan Avropa İttifaqına gedən yolda nəyi riskə atır? - Şərh

   Ermənistan Avropa İttifaqına gedən yolda nəyi riskə atır? -    Şərh
  29 Mart 2024    Oxunub:1110
Avropa İttifaqına daxil olmaq istəyən Ermənistanı ən yaxşı halda Gürcüstanın, ən pis halda isə Ukraynanın həmişəlik yıxılan taleyi gözləyir.
AzVision.az xəbır verir ki, bunu “Vzqlyad” qəzetinə müsahibəsində politoloq Vladimir Kornilov Ermənistan parlamentinin sədri Alen Simonyanın İrəvanın həmişə Aİ yolunda olması barədə bəyanatını şərh edərkən deyib.

“İrəvan balanslaşdırılmış xarici siyasət apara bilərdi, lakin Paşinyanın qələbəsindən sonra biz ölkənin Aİ-yə daxil olmaq yolunu tutduğunu gördük. Respublika ağlayır, özünə iynə vurur, amma kaktus yeməyə davam edir. Son nöqtədə Ermənistanı nə gözlədiyini təxmin etmək olardı, lakin biz artıq bir neçə variant görürük”, - politoloq bildirib.

O, əlavə edib ki, Rusiya Ermənistana müəyyən kurs tətbiq edə bilməz. Lakin Moskva bu ölkədə informasiya işini davam etdirməli, qarşılıqlı faydalı əməkdaşlığın faydalarını izah etməli, İrəvanın tutduğu indiki yolun mənfi cəhətlərini vurğulamalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti