Rusiya ordusu Ukraynanın "mühüm şəxsi"ni vurub?

 Rusiya ordusu Ukraynanın  "mühüm şəxsi"ni vurub?
  29 Mart 2024    Oxunub:1520
Ukrayna hərbi infrastruktura və Ukrayna Silahlı Qüvvələrinin (AFU) Xarkovdakı idarəetmə məntəqələrinə hücumlardan sonra "mühüm şəxslərdən” biri yaralanıb. O tələsik şəkildə təcili tibbi yardım aviasiyasının köməyi ilə təxliyə edib.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Sayt qondarma Luqansk Xalq Respublikasının (LXR) xalq milisinin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçkoya istinad edib.

“Rusiya Silahlı Qüvvələrinin Xarkovdakı hərbi infrastruktura aid obyektlərə və yaşayış məntəqələrinə silsilə zərbələrindən sonra xəstə təcili yardım maşınında xüsusi kortejlə yaşayış məntəqəsindən uzaqlaşdırılıb. Bundan sonra o, təcili tibbi yardım təyyarəsi ilə aparılıb", - Maroçko qeyd edib.

Nəşr yazıb ki, "xəsarət alan şəxsin təxliyyəsinə cəlb edilmiş qüvvələri nəzərə alsaq, belə demək olar ki, o, yüksək rütbəli hərbçi və ya mühüm siyasi xadim imiş".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti