Cənubi Afrikada avtobus qəzasında 45 nəfər ölüb

Cənubi Afrikada avtobus qəzasında 45 nəfər ölüb
  29 Mart 2024    Oxunub:495
Cənubi Afrika Respublikasının Limpopo əyalətində avtobusun qəzaya uğraması nəticəsində 45 nəfər həlak olub.
Associated Press agentliyi xəbər verir ki, avtobus körpüdən dərəyə aşaraq yanıb. Qəzanın sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qəzadan sağ qalan yeganə şəxs hazırda tibbi yardım alan 8 yaşlı uşaqdır. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Əyalət hökuməti axtarış əməliyyatlarının davam etdiyini, lakin bir çox cəsədin tanınmaz hala düşdüyünü bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti