"Vaqner" Malidə mülki şəxsləri öldürür - HESABAT

 "Vaqner" Malidə mülki şəxsləri öldürür -    HESABAT
  29 Mart 2024    Oxunub:1135
Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner” 2023-cü ilin dekabrından etibarən Mali ordusu ilə mülki şəxsləri hədəf alıb.
AzVision.az xəbır verir ki, belə bir iddianı Human Rights Watch (HRW) irəli sürüb.

“Mali: Ordu və Vaqner Qrupu tərəfindən mülki şəxslərə qarşı vəhşiliklər” başlıqlı hesabatda “Vaqner” və Mali ordusunun ölkənin mərkəzi və şimal bölgələrində uşaqlar da daxil olmaqla, çox sayda mülki şəxsin ölümünə səbəb olduğu bildirilib.

Malidə mülki vətəndaş ölümlərinin basqınlar və pilotsuz uçuş aparatları (PUA) hücumları nəticəsində baş verdiyi qeyd edilib. Bildirib ki, hərbi çevrilişdən sonra Rusiya ilə əlaqələrin yaxşılaşdığı və rus muzdlularının müşayiəti ilə mülki əhalinin ölümünə səbəb olan basqınlar artıb.

İHA-larla həyata keçirilən hücumlarda toy və dəfn mərasimlərinin də hədəf alınır.

AzVision.az


Teqlər:





Xəbər lenti