İsrail HƏMAS-ın 24 batalyonundan 20-ni məhv edib

   İsrail HƏMAS-ın 24 batalyonundan 20-ni məhv edib
  27 Mart 2024    Oxunub:637
Qəzza zolağında hərbi əməliyyatlar başlayandan İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-ni məhv edib.
Bu barədə “Washington Post” məlumat yayıb. Qeyd olunub ki, hərbçilərin işlətdiyi termin onların adıçəkilən bölmələri tamamilə məhv etməsi demək deyil, çünki sağ qalan radikallar döyüşə davam edə bilərlər.

Qəzzada bütün əməliyyatlar zamanı İsrail qüvvələri 11,5 mindən 13 minə qədər HƏMAS yaraqlısını məhv edib.

Nəşr qeyd edib ki, bu məlumatı təsdiqləmək çətindir, çünki hərbçilər ölən radikalların siyahılarını tərtib etmir və mülki itkiləri saymır. İsrail ordusu rəsmilərinin bildirdiyinə görə, qalan dörd batalyon Qəzza zolağının Misirlə sərhədindəki Rəfah şəhərində yerləşir və döyüş qabiliyyətini saxlayır.


AzVision.az


Teqlər:





Xəbər lenti