Pəhriz əlavəsi 100 nəfəri xəstəxanalıq etdi, 2-si öldü

   Pəhriz əlavəsi 100 nəfəri xəstəxanalıq etdi,    2-si öldü
  27 Mart 2024    Oxunub:1001
Yaponiyada pəhriz üçün qida əlavəsini qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kobayashi Pharmaceutical Co." şirkəti məlumat yayıb.

Tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qida əlavəsini qəbul edənlətin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.

Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.

Səhiyyə Nazirliyi fərmanı içən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.

Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər istehlak etdiyi müəyyən edilib.

Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" üçün təcili yoxlamalar aparacaq.

Rəsmi Kyodo agentliyi bildirir ki, 2023-cü ildə şirkət 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti