Əksər amerikalılar Baydeni zəif baş komandan adlandırıblar

   Əksər amerikalılar Baydeni zəif baş komandan adlandırıblar
  27 Mart 2024    Oxunub:858
ABŞ prezidenti Cozef Bayden son sələflərindən daha zəif hərbi komandirdir.
Bu, “Rasmussen Reports”un apardığı araşdırmada iştirak edənlərin əksəriyyətinin fikridir. Belə ki, amerikalılara prezident Baydenin son sələflərindən daha güclü və ya zəif baş komandan olub-olmadığı barədə sual ünvanlanıb.

Sorğuda iştirak edən vətəndaşların 53%-i onu daha zəif, 24%-i daha güclü, 20%-i isə əvvəlki prezidentlərlə təxminən bərabər olduğunu bildirib.

Mühafizəkar bir şirkət tərəfindən təşkil edilən araşdırmada Ağ Evin hazırkı rəhbərini hansı sələflərlə müqayisə etməyin təklif edildiyi dəqiqləşdirilməyib. Müvafiq sorğu martın 18-dən 20-dək onlayn və telefon vasitəsilə 1114 nəfərin iştirakı ilə keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti