Çin atmosferi araşdıracaq peyki orbitə buraxıb

   Çin atmosferi araşdıracaq peyki orbitə buraxıb
  27 Mart 2024    Oxunub:634
Çin Taiyuan peyk buraxılış mərkəzindən orbitə peyk buraxıb.
“Yunhai-3 02 Star” peykini daşıyan “Long March 6” raketinin dəyişdirilmiş versiyası yerli vaxtla 06:51-də (Bakı vaxtı ilə 02:51) buraxılıb. “China Aerospace Science and Technology Group” tərəfindən inşa edilən peyk orbitə daxil olub və atmosfer, dəniz tədqiqatları, kosmik mühitin monitorinqi, fəlakətlərin qarşısının alınması və elmi təcrübələr üçün istifadə olunacaq.

Modifikasiya edilmiş “Long March 6” raketi Çinin orta ölçülü daşıyıcı aparatının yeni nəslidir. Ümumi uzunluğu təxminən 50 m, başlanğıc çəkisi təxminən 530 tondur.

AzVision.az



Teqlər:





Xəbər lenti