Berbok Yaxın Şərqə gedib

   Berbok Yaxın Şərqə gedib
  26 Mart 2024    Oxunub:1039
Almaniyanın xarici işlər naziri Annalena Berbok Yaxın Şərqə səfəri çərçivəsində İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib.
AzVision.az xəbər verir ki, o, Tel-Əvivdə baş tutan görüşlərin ardınca mətbuata çıxışında Qəzza zolağındakı vəziyyətlə bağlı narahatlığını dilə gətirib.

"Qəzzada vəziyyət dəhşətli səviyyədədir. Beynəlxalq təşkilatlar dinc sakinlərə humanitar yardımın maneəsiz çatdırılmasına səy göstərməlidir", - o deyib.

Xanım nazir həmçinin diqqətə çatdırıb ki, Almaniya BMT-nin Ümumdünya Ərzaq Proqramına ayırdığı maliyyəni əlavə 10 milyon avro (18 411 850 AZN) artırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   İsrail   Qəzza  





Xəbər lenti