Paşinyan: "Sentyabrdan KTMT-də daimi nümayəndəmiz yoxdur"

Paşinyan:    "Sentyabrdan KTMT-də daimi nümayəndəmiz yoxdur"
  26 Mart 2024    Oxunub:699
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub, qərarların qəbulunda iştirak etmir, amma eyni zamanda onların həyata keçməsini bloklamır”.
Bu sözləri Yunanıstan mətbuatına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Nikol Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından etibarən Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

“Biz KTMT-nin yüksəksəviyyəli tədbirlərində iştirak etmirik”, – deyə N.Paşinyan əlavə edib.
AzVision.az



Teqlər:





Xəbər lenti