"Crocus City Hall"da yanğın söndürülüb

   "Crocus City Hall"da yanğın söndürülüb
  25 Mart 2024    Oxunub:651
Moskvanın "Crocus City Hall" mərkəzindəki yanğın tamamilə söndürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

13 min kvadratmetr dam örtüyü və iki mərtəbədə baş verən yanğının söndürülməsinə 500 nəfər şəxsi heyət, çox sayda texnika və 3 helikopter cəlb olunub.

Yanğınsöndürmə işləri Moskva vaxtı ilə saat 18.40-da başa çatıb.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı   yanğın  





Xəbər lenti