Türkiyədə yaşayış binası aşma təhlükəsi altındadır - FOTO

   Türkiyədə yaşayış binası aşma təhlükəsi altındadır -    FOTO
  25 Mart 2024    Oxunub:775
Türkiyənin Mərsin vilayətində Ərdəmli rayonunda yenicə tamamlanmış, ancaq hələ istismara verilməmiş dördmərtəbəli yaşayış binası aşma təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin vilayət üzrə idarəsi məlumat yayıb.

Mütəxəssislər binaya baxış keçirərək, əraziyə girişi məhdudlaşdırıblar.

Yoxlamalar ardınca müvafiq tədbir görüləcəyi bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   qəzalı-bina  





Xəbər lenti