"Ericsson" 1200 nəfəri işdən çıxarır

   "Ericsson" 1200 nəfəri işdən çıxarır
  25 Mart 2024    Oxunub:661
İsveçin "Ericsson" telekommunikasiya avadanlığı şirkəti sifarişlərin azalması səbəbindən 1200 nəfərin işdən çıxarılacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, şirkətin bu addımı qlobal xərcləri azaltmağı nəzərdə tutur.

Şirkətdən bildirilib ki, cari il ərzində sifariş həcmlərinin daha da azalması gözlənilir ki, bu da daha çox işçinin ixtisarı ilə nəticələnə bilər.

Xatırladaq ki, "Ericsson" ötən il də eyni məqsədlə İsveçdə 1400 nəfəri işdən çıxarmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   şirkət   işçi   ixtisar  





Xəbər lenti