İrəvanda polis idarəsinə hücum edən şəxs saxlanılıb - Video

   İrəvanda polis idarəsinə hücum edən şəxs saxlanılıb - Video
  24 Mart 2024    Oxunub:1382
Ermənistan Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları İrəvanın şimal-şərqindəki Nor Nork inzibati rayonunda polis bölməsinin binasına soxulmuş şəxsi saxlayıblar.
İrəvanda silahlı şəxslər polis bölməsinə soxulublar - Video
Bu barədə TASS-ın hadisə yerindən müxbiri xəbər verir. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan saxlanılma faktını təsdiqləyib. Onun sözlərinə görə, həmin şəxs istintaq-əməliyyat tədbirləri görülməsi üçün istintaq orqanlarına aparılacaq. Sarkisyan əlavə edib ki, həbs zamanı heç kim xəsarət almayıb.

Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyi bundan əvvəl məlumat yaymışdı ki, üç silahlı şəxs polis idarəsinin binasına soxulub. Onlardan ikisi əl qumbarasının partlaması nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib, üçüncü şəxs isə binada qalıb.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti