Beynəlxalq təşkilat rəsmiləri Rusiyadakı terror aktını qınayıblar

   Beynəlxalq təşkilat rəsmiləri Rusiyadakı terror aktını qınayıblar
  23 Mart 2024    Oxunub:1081
NATO sözçüsü Fərəh Dəxlullah, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, Avropa Şurasının prezidenti Şarl Mişel və Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk Rusiyada konsert salonunda törədilən terror aktını pisləyiblər.
AzVision.az xəbər verir ki, bu barədə müvafiq sosial şəbəkə hesablarında paylaşılıb.

Adıçəkilən beynəlxalq təşkilatların rəsmiləri terror aktını kəskin şəkildə qınadıqlarını dilə gətirərək, cinayətkarların məsuliyyətə alınması və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı birləşməsi zərurətini vurğulayıblar. Onlar həmçinin hadisə qurbanlarının ailələrinə başsağlığı veriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   terror-aktı   NATO     Avropa-Şurası   BMT  





Xəbər lenti