Rusiyada Ümumxalq Hüzn Günü elan edildi

   Rusiyada Ümumxalq Hüzn Günü elan edildi
  23 Mart 2024    Oxunub:890
"Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində səsləndirib.

"Moskva və ətrafında, ölkənin hər bir bölgəsində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ qan gölünün arxasında duranların yenidən cinayət törətməsinin qarşısını almaqdır", - o bildirib.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.

AzVision.az


Teqlər: Rusiya   Hüzn-Günü  





Xəbər lenti