Qırğızıstanda azərbaycanlı “avtoritet”lər tutuldu: Rəsmilərə qarşı sui-qəsd edəcəklərdi - VİDEO

  Qırğızıstanda azərbaycanlı “avtoritet”lər tutuldu:    Rəsmilərə qarşı sui-qəsd edəcəklərdi -  VİDEO
  23 Mart 2024    Oxunub:1683
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi ölkə rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd olunub ki, saxlanılanlar Azərbaycan vətəndaşıdır - Əliyev V.M., Bağırov S.A, Əsgərov M.O. Bexbudrv M.S və Məmmədov Z.İ. Onların məqsədi kriminal mühitin gücləndirilməsi və oğru ideologiyasının yayılması, həmçinin mütəşəkkil cinayətkar qrup üzvləri tərəfindən onların statusunun artırılması olub.

Belə ki, kriminal aləmdə “brodyaqa” kimi tanınan Əsgərov M.O. kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə Qırğızıstan Respublikasının ərazisinə gələrək cinayətkarlığın təşkili məqsədilə ölkə rəhbərliyinə sui-qəsd cəhdi həyata keçrimək istəyib.



Qeyd olunub ki, sui-qəsdin hazırlanmasına səbəblərdən biri xarici kriminal liderlərin dövlətin mütəşəkkil cinayətkar qruplara qarşı fəal mübarizə siyasətindən narazılığı olub.

Bununla bağlı Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən 22 mart 2024-cü il tarixdə əməliyyat-istintaq tədbirləri həyata keçirilib, nəticədə qeyd olunan şəxslərin hamısı saxlanılıb. Hazırda onların Qırğızıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti