Terrorda şübhəli bilinən şəxs: "Teleqramdan mənə yazdılar"

   Terrorda şübhəli bilinən şəxs:    "Teleqramdan mənə yazdılar"
  23 Mart 2024    Oxunub:1067
“Crocus” terrorunda şübhəli bilinən 1998-ci il təvəllüdlü Şəmsütdin Fəriddun saxlandığı yerdə dindirilərkən Telegram çatlarından birində işə götürüldüyünü bildirib.
AzVision.az xəbər verir ki, bu barədə RT telekanalının baş redaktoru Marqarita Simonyanın Telegram kanalında yerləşdirilmiş videoçarxında deyilir.

"Terror aktının təşkilatçıları Telegram-da adsız, soyadsız, heç nə olmadan mənə yazdılar".

Həmin şəxs təbliğçini sosial şəbəkələrdə dinlədiyini və onun köməkçisinin ona yazdığını bildirib. İnsanları öldürdüyünə görə ona pul vəd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti