Rusiya LGBT hərəkatını terrorçular siyahısına salıb

   Rusiya LGBT hərəkatını terrorçular siyahısına salıb
  22 Mart 2024    Oxunub:1128
Rusiya LGBT (cinsi azlıqlar) hərəkatını terrorçu və ekstremistlər siyahısına daxil edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin ("Rosfinmonitorinq") internet saytında öz əksini tapıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmana əsasən, ölkədə cinsi azlıqlar arasında münasibətlər "cəmiyyət üçün dağıdıcı ideya" kimi qiymətləndirib. 2023-cü ilin noyabrında isə Rusiya Ali Məhkəməsi LGBT hərəkatını "ekstremizm" damğası ilə qadağan edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   LGBT   qadağa  





Xəbər lenti