Yaxın onillikdə dünya əhalisinin sayı azalmağa başlayacaq

   Yaxın onillikdə dünya əhalisinin sayı azalmağa başlayacaq
  22 Mart 2024    Oxunub:1160
Yaxın onillikdə dünya əhalisinin sayı azalmağa başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Lancet” jurnalında dərc olunmuş bütün dünya üzrə məhsuldarlıq araşdırmasında qeyd edilib.

Nəşrin məlumatına görə, dünya əhalisinin sayının azalması XIV əsrdəki vəba pandemiyasından sonra bir ilk olacaq. Səbəb isə hər hansı xəstəlik deyil, doğumun əvvəlki kimi olmaması olacaq.

Vəba epidemiyası dövründə dünya əhalisinin sayı 50 milyon nəfər azalıb ki, bunun da üçdə ikisi Avropa ölkələrində idi. Həmin əsr əhalinin sayının aşağı düşdüyü yeganə dövr idi.

Araşdırmada qeyd edilib ki, əhalinin artımı üçün doğum səviyyəsi hər qadına 2,1 uşaq olmalıdır. 2021-ci ildə qlobal doğuş nisbəti bir qadına 2,23 uşaq olub, lakin 2050-ci ilə qədər 1,83 uşaq və 2100-cü ilə qədər bir qadına 1,59 uşaq olacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti