Husilər Rusiya və Çin gəmilərinin təhlükəsizliyinə zəmanət veriblər

   Husilər Rusiya və Çin gəmilərinin təhlükəsizliyinə zəmanət veriblər
  21 Mart 2024    Oxunub:1508
Yəməndə fəaliyyət göstərən və ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsinə cavabən Qırmızı dəniz və Ədən körfəzində İsraillə əlaqəli gəmiləri hədəfə alan iranyönümlü husi qruplaşması regionda Rusiya və Çinə məxsus gəmilərə hücum həyata keçirilməyəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici media qruplaşmanın bir sıra rəsmi şəxsinə istinadən məlumat yayıb.

İddiaya əsasən, qruplaşmanın əsas siyasi fiqurlarından Məhəmməd Əbdüssalam ilə rus və çinli nümayəndələr arasında Omanda görüş baş tutub. Bildirilib ki, adıçəkilən ölkələr husilərin "təhlükəsizlik zəmanəti" müqabilində BMT Təhlükəsizlik Şurası kimi ali təşkilatlarda onlara siyasi dəstək verəcəklər.

Tərəflərdən heç biri bu xəbərlə bağlı hər hansı rəsmi şərh verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yəmən   husilər   Rusiya   Çin   gəmi  





Xəbər lenti