Makron çəkdirdiyi fotoya görə məsxərəyə qoyulub

   Makron çəkdirdiyi fotoya görə məsxərəyə qoyulub
  21 Mart 2024    Oxunub:944
Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb.
Siyasətçinin sözlərinə görə, Makron Rusiya prezidenti Vladimir Putinlə döyüşə hazırlaşır. Filippo “X” sosial şəbəkəsindəki səhifəsində Makronu ələ salaraq yazıb: “Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır”.

Florian Filippotun fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti