Aİ öz suverenliyini nüvə enerjisilə təmin etmək niyyətindədir
Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilk dəfə olaraq Aİ ölkələrində atom elektrik stansiyalarının istismar müddətinin uzadılmasına çağırıb. Bundan əvvəl Avropa İttifaqı ardıcıl olaraq “yaşıl” enerjiyə keçid prinsiplərinə riayət edirdi və bu, bir sıra Avropa ölkələrində atom elektrik stansiyalarının dayandırılması ilə müşayiət olunurdu.
Fevral ayında Avropa Mərkəzi Bankının (ECB) keçmiş prezidenti Mario Draqi, Aİ-nin yaşıl və rəqəmsal keçidi davam etdirmək üçün hər il 500 milyard avroya ehtiyac duyacağını söyləyib.
O, qeyd edib ki, Aİ-nin iqtisadi uğurunun çoxdan dayandığı üç sütun - Rusiyadan ucuz enerji, Çinə yüksək gəlirli ixrac və ABŞ-ın hərbi müdafiəsi - ya tamamilə yox olub, ya da sual altındadır.
AzVision.az
Teqlər: