Zaxarova: Qərb Rusiyanın MDB ölkələri ilə birliyini pozmağa çalışır

      Zaxarova:    Qərb Rusiyanın MDB ölkələri ilə birliyini pozmağa çalışır
  21 Mart 2024    Oxunub:1189
Qərb Rusiya Federasiyasının MDB ölkələri ilə birliyini pozmaq üçün aqressiv informasiya kampaniyalarından istifadə edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasında postsovet məkanında informasiya təsirinin vəzifələrinə həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, Qərbin bu cür hərəkətləri, ilk növbədə, postsovet məkanı ölkələri üçün ən faciəli nəticələrə gətirib çıxaracaq. Eyni zamanda diplomat qeyd edib ki, Qərbin təsiri bu ölkələr üçün ölümcüldür, Ukrayna buna misaldır.

“Ümumi informasiya məkanını gücləndirmək və qorumaq üçün maksimum qarşılıqlı əlaqəni təmin etmək MDB ölkələri ilə ümumi maraqlarımıza uyğundur”.

AzVision.az


Teqlər:





Xəbər lenti