Tramp şahzadə Harrini ABŞ-dan qovacaq

   Tramp şahzadə Harrini ABŞ-dan qovacaq
  19 Mart 2024    Oxunub:532
Respublikaçılar partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-da yaşayan Britaniya şahzadəsi Harrinin narkotik maddələrdən istifadəsinə imkan verməyəcəyini, onun müvəqqəti yaşayış hüququnu əlindən alacağını bildirib.
ABŞ mediası Kral ailəsindən ayrılaraq xanımı Meqan və iki övladı ilə Birləşmiş Ştatlarda yaşayan şahzadənin viza müraciəti zamanı narkotik maddələrdən istifadə etməsi ilə bağlı yalan söylədiyini iddia edir. Harri bundan əvvəl özünün “Spare” adlı kitabında ABŞ qanunlarına görə viza müraciətinin rədd edilməsinə səbəb ola biləcək narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdi.

“GB News” telekanalına müsahibə verən Tramp bildirib ki, bu məsələdə heç kimə güzəşt etməyəcək. O, daha əvvəl də bəyan etmişdi ki, mərhum Kraliça II Elizabetə xəyanət etdiyinə görə Harrini qorumayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti