Futbolda inqilabi yenilik: Video təkrar

  28 İyun 2014    Oxunub : 470
Futbolda inqilabi yenilik: Video təkrar
FİFA prezidenti Zepp Blatter təşkilat tərəfindən tətbiq olunan innovasiyaların əhəmiyyətini vurğulayıb.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, prezident xüsusilə vurulan qolun müəyyənləşdirilməsi texnologiyasını qeyd edib.

Blatterin sözlərinə görə, futbolda növbəti yenilik epizodların təkrarına baxmaq olacaq: “FİFA gələcəyə addım ataraq Dünya Çempionatında qolun müəyyənləşdirilməsi sistemini tətbiq etdi. Növbəti addım video təkrarlara baxmaq imkanı olacaq. Oyunda daha çox ədalətin olması əhəmiyyətlidir. Təbii ki, təkrarlara baxmaqla bağlı mübahidəsli məsələrin yaranmaması üçün hər şeyi əvvəlcədn düşünmək lazımdır”.

Eldar Tanrıverdiyev

Teqlər: