Netanyahu Rəfəhə hücum planını təsdiqləyib

   Netanyahu Rəfəhə hücum planını təsdiqləyib
  15 Mart 2024    Oxunub:837
İsrail Baş nazir Benyamin Netanyahu Qəzza zolağının cənubunda yerləşən və şimaldan didərgin düşmüş milyondan artıq dinc sakinin məskunlaşdığı Rəfəh şəhərinə gözlənilən əməliyyatı təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Hazırda İsrail Ordusu əhalini şəhərdən çıxarmağa hazırlaşır.

Xatırladaq ki, Qəzzanın şimal şəhərlərindən Rəfəhə - Misir sərhədinə pənah gətirmiş insanlar burada çətin şəraitlə, ərzaq və dərman çatışmazlığı ilə üzləşiblər. Şəhərə gözlənilən hücum Misir və İsrail arasında da münasibətləri gərginləşdirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   Rəfəh  





Xəbər lenti